Pentaqonun yeni rəhbəri təsdiqləndi

Dünya

25.01.2025 09:56

Pit Heqset ABŞ-nin növbəti müdafiə katibi seçilib.   

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, Amerika prezidenti Donald Trampın ABŞ müdafiə katibi vəzifəsinə namizədi olan Pit Heqset, Senatda keçirilən səsvermədən sonra Pentaqonun yeni rəhbəri olaraq təsdiq edilib.   

44 yaşlı Heqset ABŞ ordusunun veteranıdır.

O quru qoşunlarının ehtiyatda olan mayoru olmaqla yanaşı hərbi mükafatlara da layiq görülüb.

Qeyd edək ki, Heqset səkkiz il "Fox News"da işləyib.

tag: ABŞ,Müdafiə,Qüvvə,Heqset,Ordu,Todaypress.az,