Pentaqonun THAAD sistemi İsrailə gəldi
Amerikanın THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə batareyasının ilk komponentləri oktyabrın 14-də İsrailə göndərilib.
TodayPress xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Batareya yaxın gələcəkdə istifadəyə hazır olacaq, lakin təhlükəsizlik səbəbi ilə konkret vaxt açıqlanmayıb.
Qeyd edək ki, THAAD sisteminin İsrail ərazisində yerləşdirilməsi, Amerika tərəfinin fikrincə, İsraili və oradakı amerikalıları İranın hər hansı ballistik raket hücumundan qorumaq məqsədi daşıyır.
Günəş Mərd
tag: THAAD ,Amerika ,Pentaqon ,İsrail ,İran ,todaypress.az,