Pentaqonun büdcəsi 150 milyard dollar artırıla bilər
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar Müdafiə Nazirliyinə (Pentaqon) ayrılan vəsaitin 150 milyard dollar artırılmasına çalışırlar.
TodayPress xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, respublikaçılar daha mülayim maliyyələşdirmə planlarından imtina edərək, öz partiya qanun layihəsi çərçivəsində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını qarşıya məqsəd qoyublar.
Palatanın Silahlı Qüvvələr üzrə Komitəsinin gələn həftə respublikaçıların təqdim etdiyi tədbirlər paketini müzakirə edəcəyi gözlənilir.
Lakin “Politico” qeyd edir ki, hələlik respublikaçılar nə Nümayəndələr Palatasında, nə də Senatda bu artımı nəzərdə tutan konkret qanun layihəsi təqdim etməyiblər.
Qiymət Mahir
tag: Pentaqon,ABŞ,Büdcə,Artım,Todaypress.az,