Pentaqondan Qrenlandiya ilə bağlı açıqlama
Dünya
09.01.2025 10:12
İndiki məqamda Pentaqon yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq yeni seçilmiş prezident Donald Trampın son bəyanatları ilə əlaqədar ABŞ-nin Qrenlandiyanı ələ keçirmək planlarından xəbərsizdir.
TodayPress xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
“Mən şübhəsiz ki, hipotetik vəziyyətlərə girmək fikrində deyiləm. Düşünürəm ki, bu, yeni administrasiyanın işidir” deyə müdafiə idarəsinin rəsmi nümayəndəsi jurnalistlərin müvafiq sualından sonra cavab verib.
Sinq, həmçinin əlavə edib ki, o, Trampın müəyyən etdiyi məsələni “əsl problem” hesab etmir.
Töhfə Səməd
tag: Pentaqon, Tramp ,ABŞ, Katib ,todaypress.az,