Pentaqondan müharibə anonsu – Bəşəriyyət böyük sınaq qarşısında

Dünya

10.07.2024 11:26

“Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri uzun sürən müharibələrə hazırlaşmalıdırlar”.

TodayPress  xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks Vaşinqtondakı çıxışında bildirib. 

Hiks qeyd edib ki, Qərb hərbçiləri və onun kollektiv sənaye bazasının qarşılıqlı fəaliyyəti ABŞ və onun müttəfiqləri üçün güc multiplikatorudur:  

“Bilirəm ki, bizdə nəinki digər ölkələrlə rəqabət aparmaq, həm də bu rəqabəti məğlub etmək və üstün olmaq üçün lazım olan hər şey var. Bu, uzun sürən müharibə ehtimalına hazır olmağımızı təmin etməkdən ibarətdir. İstənilən müttəfiq buna hazır olmalıdır. Özü də təkcə Avropada deyil. Biz kollektiv hərbi-sənaye potensialımızın və istehsal həcmimizin artımını sürətləndirməliyik” deyə nazir müavini əlavə edib.

tag: Pentaqon, Müharibə, ABŞ, Hiks, Vaşinqton, todaypress.az,