Pentaqondan 11 Sentyabr terroru ilə bağlı qərar

Dünya

03.08.2024 09:05

ABŞ-nin müdafiə naziri Lloyd Ostin 2001-ci il sentyabrın 11-də terror aktı törətməkdə təqsirləndirilən üç müttəhimin edam cəzasının ləğvinə imkan verən məhkəməyə qədərki razılaşmanı ləğv etmək qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir. 

Qeyd olunur ki, qərar dərhal qüvvəyə minir.

Bundan əvvəl ABŞ administrasiyasının sözçüsü Con Kirbi bildirmişdi ki, Ağ Ev iyulun 31-dək 2001-ci il sentyabrın 11-də terror aktını törətməkdə ittiham olunan üç nəfəri araşdırır. İş üzrə ilk iclasın gələn ilin yayında keçiriləcəyi gözlənilir.

Günəş Mərd

tag: Pentaqon, ABŞ, Terror, Con Kirbi, Ağ Ev, todaypress.az,