Pentaqonda liman qalmaqalı: YARDIM ETMİR, ÖLDÜRÜR!

Dünya

10.07.2024 10:57

ABŞ ordusunun Qəzzada humanitar yardım üçün qurduğu üzən liman böyük qalmaqala səbəb olub. 

TodayPress xəbər verir ki, beynəlxalq müdafiə nəşri “Defense News”un Pentaqon mənbələrindən əldə etdiyi məlumata görə, ölkədə fiaskoya çevrilən Qəzza humanitar yardım limanı ilə bağlı araşdırma başladılıb. 

Pentaqon müfəttişləri əsgərlərin yaralanması və kifayət qədər yardımın çatdırılmamasına görə üzən limanla bağlı hərəkətə keçib. Limanın hansı səbəbdən problemlər yaratdığını dettallı şəkildə öyrənmək üçün işçi qrupu yaradılıb.     

Qeyd edək ki, ABŞ Qəzza sahillərində humanitar yardımların qəbulu üçün nəzərdə tutulan üzən estakadanın tikintisini bu ilin mayında başa çatdırıb. İnşası 2 aydan çox davam edən liman fırtınadan sonra parçalanaraq Pentaqonu təəccübləndirib.  

Günəş Mərd

tag: Pentaqon, Liman, Qəzza, Əsgərlər, Problemlər, todaypress.az,