Pentaqon yeni raketlər sifariş etdi
ABŞ Müdafiə Nazirliyi ballistik raketlərin və nüvə başlıqlarının istehsalına 2,1 milyard dollar ayırıb.
TodayPress xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.
Sənəddə qeyd edilib ki, nəzərdə tutulan vəsait "Trident II D5" raketlərinin və sualtı qayıqlardan buraxılması nəzərdə tutulan döyüş başlıqlarının istehsalı üçün istifadə olunacaq. Müqavilə üzrə işlərin 2029-cu ilin sentyabr ayının sonunadək başa çatdırılması planlaşdırılır.
Eyni zamanda, Pentaqon sualtı qayıqlarda raket quraşdırma sistemləri və naviqasiya qurğularının inkişafı üçün "Lockheed Martin" şirkətinə 1,16 milyard dollardan çox vəsait ayırıb.
Müqavilə 2031-ci ilin payızında bağlanmalıdır.
Günəş Mərd
tag: Pentaqon,Silah,ABŞ,Trident II D5,Müdafiə Nazirliyi,Ballistik,Raket,Lockheed Martin,todaypress.az,