Pentaqon Yaxın Şərqə nüvə sualtı qayığı göndərəcək
ABŞ-nin müdafiə naziri Lloyd Ostin “USS Georgia” nüvə sualtı qayığının Yaxın Şərqə göndərilməsi, həmçinin “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin yerləşdirilməsinin sürətləndirilməsi barədə göstəriş verib.
TodayPress xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Ostin israilli həmkarı Yoav Qalanta zəng edərək təsdiqləyib ki, Birləşmiş Ştatlar İsraili qorumaq üçün bütün tədbirləri görməyə , o cümlədən regionda gərginliyin artması səbəbindən Yaxın Şərqdə hərbi gücünü artırmağa hazırdır.
Günəş Mərd
tag: ABŞ, USS Georgia, Yoav Qalanta, İsrail, Pentaqon, todaypress.az,