Pentaqon Yaxın Şərqdə yeni qüvvələr yerləşdirməyə hazırdı

Dünya

07.08.2024 08:56

ABŞ Müdafiə Nazirliyi təhdidlərə cavab vermək üçün Yaxın Şərqdə yeni qüvvələr yerləşdirməyə  hazırdır.

TodayPress xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin bildirib. 

“Biz təhlükəsizliyimizə, tərəfdaşlarımıza və ya maraqlarımıza qarşı təhdidlərə cavab vermək üçün bu addımı atmağa hazırıq” deyə Ostin qeyd edib. 

Onun sözlərinə görə, Pentaqon regionda gərginliyin azaldılması və İrandan gələn eskalasiyanın azaldılması üçün tədbirlər görməyə davam edir. 

Günəş Mərd


tag: ABŞ, Pentaqon, Ostin, Eskalasiya,Yaxın Şərq, todaypress.az,