Pentaqon Ukraynaya 1,7 milyard dollarlıq iki silah paketi elan etdi
Dünya
30.07.2024 04:00
ABŞ Müdafiə Nazirliyi Ukrayna
üçün ümumi dəyəri 1,7 milyard dollar olan iki silah paketi hazırlayıb.
TodayPress xəbər
verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında deyilir.
Ağ Evin Milli Təhlükəsizlik
Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə
görə, Birləşmiş Ştatlar artıq Ukraynaya 200 milyon dollar dəyərində ilk silah
paketi ayırıb. Bu paketə hava hücumundan müdafiə sistemləri, HIMARS reaktiv
yaylım atəş sistemləri üçün sursat, artilleriya və s. daxildir.
"Pentaqon əlavə olaraq
Ukraynaya uzun müddətli perspektivdə onun müdafiə qabiliyyətinin gücləndirilməsinə
yönəlmiş əhəmiyyətli təhlükəsizlik yardımı paketi təqdim edir” Kirbi bildirib.
tag: Pentaqon, Ukrayna, Ağ Ev, HİMARS, todaypress.az,