Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının olduğunu açıqladı

Dünya

10.12.2024 09:23

Pentaqon Suriyada kimyəvi silahların ola biləcəyini bilir və tərəfdaşları vasitəsilə onların ABŞ qüvvələrinə və yerli mülki şəxslərə qarşı istifadəsinin qarşısını almaq istəyir. 

TodayPress "TASS"a istinadən xəbər verir ki , bunu Amerika Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Sabrina Sinq brifinqdə deyib.

"Kimyəvi silah məsələsinə gəldikdə, biz buna böyük diqqət yetiririk" Pentaqonun sözçüsü vurğulayıb. 

Onun sözlərinə görə, ABŞ-nin məqsədi kimyəvi silahın mülki, ABŞ qüvvələri və ya onların bölgədəki tərəfdaşlarına qarşı istifadəsinin qarşısını almaqdır.

Pentaqonun sözçüsü əlavə edib ki, ABŞ ordusu bu problemin həllində birbaşa yox, yalnız tərəfdaşlar vasitəsilə iştirak edir.

Günəş Mərd

tag: Pentaqon, ABŞ, Qüvvə, Problem, todaypress.az,