Pentaqon "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu açıqladı
Dünya
26.07.2024 22:41
ABŞ Müdafiə Nazirliyi
Filippində Çinin koronavirus əleyhinə "Sinovac" peyvəndinin
diskreditasiyası ilə məşğul olduğunu etiraf edib.
TodayPress xəbər verir
ki, bu barədə "Reuters" hələlik ictimaiyyətə açıqlanmayan hökumət sənədinə
istinadən məlumat yayıb.
"Doğrudur, (ABŞ Müdafiə
Departamenti) Filippin xalqına "Sinovac"ın təhlükəsizliyini və
effektivliyini şübhə altına alan mesajlar yayıb" agentlik Pentaqonun, eləcə
də Filippinin Xarici İşlər və Müdafiə Nazirliklərinin məlumatlarına əsaslanan sənəddən
sitat gətirir.
Mətndə, həmçinin Pentaqonun
COVID-19 haqqında məlumat yaymaqda bəzi səhvlərə yol verdiyini etiraf etdiyi
qeyd olunub.
Sənədə əsasən, ABŞ tərəfi
sonradan belə nəticəyə gəlib ki, peyvəndlərin diskreditasiyası kampaniyası
ABŞ-nin prioritetlərinə uyğun gəlmir. Qeyd olunur ki, ABŞ hərbiçiləri Filippin
tərəfini 2021-ci ilin avqustunda COVID-19-un mənşəyi və COVID-19-a qarşı peyvəndlər
ilə bağlı məlumatların yayılmasını dayandırdığı barədə məlumatlandırıb.
tag: ABŞ, Çin, Sinovak, COVİD-19, todaypress.az,