Pentaqon Şimali Koreyadan yeni təhdid elan etdi
Dünya
28.08.2024 09:25
Vaşinqton Şimali Koreya rəhbərliyinin PUA-ların inkişafının intensivləşdirilməsinin zəruriliyi ilə bağlı bəyanatına diqqət çəkib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ regiondakı tərəfdaşları ilə birlikdə vəziyyətin inkişafını izləyir.
"Biz bu təhlükəni ciddi qəbul edirik və bunu nəzarətdə saxlayacağıq" deyə o qeyd edib.
Rayder, həmçinin əmin olduğunu bildirib ki, Cənubi Koreyadakı müttəfiqlər də bunu izləyir.
Pentaqonun sözçüsünə görə, Birləşmiş Ştatlar kollektiv müdafiənin möhkəmliyini təmin etmək üçün Koreya Respublikası, Yaponiya və regiondakı digər tərəfdaşlarla sıx əməkdaşlıq etməyə davam edəcək.
Günəş Mərd
tag: Patrik, ABŞ, Pentaqon ,Cənubi Koreya, Rayder, todaypress.az,