Pentaqon: "Rusiyanın Poltavaya hücumu ABŞ-nin siyasətini dəyişməyib"
Dünya
04.09.2024 08:57
Rusiyanın Poltavaya raket hücumundan sonra ABŞ Ukraynaya Rusiya ərazisinə dərindən zərbə endirməklə bağlı siyasətini dəyişməyib.
TodayPress "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayderin bəyanatında bildirilib.
Rusiyanın Poltavaya son raket hücumunun ABŞ rəhbərliyini Ukraynanı Rusiyaya uzaqmənzilli silahlarla vurmaq imkanı vermək qərarına sövq etmədiyi sualına cavab olaraq, Rayder deyib:
“Hədəflərə uzunmənzilli zərbələr etdirməklə bağlı siyasətimizdə dəyişiklik yoxdur".
Eyni zamanda o, qeyd edib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanı zenit silahları ilə təmin etməkdə davam edəcək.
Xatırladaq ki, Rusiyanın Poltavaya hücumu nəticəsində 50 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
Günəş Mərd
tag: Rusiya ,Poltava, ABŞ ,Ukrayna ,Hücum, todaypress.az,