Pentaqon Rusiya ilə bağlı narahatlığını gizlədə bilmədi
Dünya
14.08.2024 12:10
“ABŞ Rusiyanın İran, Şimali Koreya və Çinlə əməkdaşlığından xüsusən də, Rusiyanın Ukraynaya qarşı müharibədə onlardan silah almaq istəməsindən narahatdır”.
TodayPress xəbər verir ki, bunu Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder deyib.
Sözçü brifinqdə Moskvada keçirilən “Ordu-2024” Forumu ilə bağlı ona verilən sualı cavablandırmaqdan imtina edib, lakin vurğulayıb ki, ABŞ Moskva, Pxenyan, Tehran və Pekin arasında hərbi əməkdaşlığı izləyir.
“Silah nümayişi ilə bağlı şərh verməyəcəyəm, amma yenə də biz bu əlaqələri diqqətlə izləyirik. Rusiya ilə bağlı narahatlıqlarımız var, çünki o, bu ölkələrdən dəstək üçün silah və sursat almağa çalışır” deyə o, bildirib.
Qeyd edək ki, Şimali Koreya, İran və Çinin nümayəndələri Rusiyada keçirilən “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda iştirak ediblər.
Günəş Mərd
tag: Moskva, Pentaqon, İran, Çin, Rusiya, todaypress.az,