Pentaqon “Rocket 4” raketinin yaradılmasını dəstəklədi
Dünya
28.10.2024 17:50
Astra şirkəti “Rocket 4” raketinin yaradılması üçün Pentaqondan 44 milyon dollarlıq dəstək alıb.
TodayPress xəbər verir ki, bu barədə “SpaceNews” məlumat yayıb.
Astra şirkətinin baş direktoru Kris Kempinin sözlərinə görə, Pentaqonun şirkətə marağı onun taktiki mobil buraxılış sistemlərindəki gəlirləri ilə bağlıdır.
“Rocket 4”ün ilk buraxılışı 2025-ci ilin sonuna planlaşdırılır.
Günəş Mərd
tag: Astra, Pentaqon, Kris Kempin, Rocket 4,todaypress.az,