Pentaqon rəhbərinin dəyişməsi Kiyevə silah tədarükünə təsir edə bilər

Dünya

09.01.2025 13:50

Bu ay ABŞ müdafiə nazirinin dəyişməsi Ukraynaya silah tədarükünü koordinasiya edən bir qrup Qərb dövlətinin işinə təsir göstərə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

Nəşr qeyd edib ki, Pentaqon rəhbəri Lloyd Ostin Kiyevə yardım göstərmək məqsədilə müttəfiqlərarası son görüş üçün Almaniyadadır. 

"Tramp administrasiyası Ukraynaya yardıma şübhə ilə yanaşır və yeni ifrat sağçı Avropa hökumətləri Kiyevə daha çox silah göndərməkdə olduqca az maraqlıdırlar. Bu da Rusiya qarşısında mövqelərini itirən və yeni əsgərlər toplamaq və yetişdirməkdə çətinlik çəkən Ukraynaya zərbə ola bilər” deyə bildirib.

Nəşr yazır ki, müttəfiqlərin ilk görüşlərinə ev sahibliyi edən Böyük Britaniya və Ukraynaya əsas silah təchizatçısı kimi Almaniya potensial liderlər siyahısına başçılıq edir. Lakin bununla belə, Avropa rəsmiləri hər hansı addım atmazdan əvvəl ilk növbədə Pentaqonun yeni rəhbərinin bu qrupda hansı yeri tutacağını görmək istəyirlər.

Qeyd edək ki, Almaniyada sonuncu görüşdə olan Pentaqonun rəhbəri Lloyd Austin Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşüb

Müdafiəsi üzrə Təmas Qrupunun 25-ci iclasından əvvəl rəsmi Kiyevin müdafiə naziri Rustem Umerov ilə görüşüb.

Ramşteyn aviabazasında baş tutan görüşün detalları hələ ki, açıqlanmayıb. 

Töhfə Səməd

tag: Pentaqon, Kiyev ,Silah, Tədarük, todaypress.az,