Pentaqon rəhbəri İsrailə hücuma münasibət bildirdi

Dünya

02.10.2024 09:12

Pentaqon rəhbəri Lloyd Ostin İranın İsrailə raket hücumunu təcavüz aktı adlandırıb. 

TodayPress xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, bu mövzu İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalantla müzakirə edilib. Söhbət zamanı onlar İranın təxminən 200 raketinə qarşı İsrailin koordinasiyalı müdafiəsinə görə bir-birlərinə təşəkkürlərini bildiriblər.

“Mən  İsraildə dəhşətli və ölümcül  atışma nəticəsində zərər çəkmiş ailələrə dərin hüznlə başsağlığı verdim" deyə Ostin qeyd edib. 

Günəş Mərd

tag: Pentaqon, İsrail ,Hücum, Ostin ,Raket ,todaypress.az,