Pentaqon rəhbəri general haqqında göstəriş verdi

Dünya

29.01.2025 17:30

Pentaqonun yeni rəhbəri Pit Heqset ehtiyatda olan general Mark Millinin məxfi məlumatlara çıxışını ləğv edib və ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədrinə qarşı təhqiqat aparılmasına göstəriş verib. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.  

Məlumatda deyilib ki, Pentaqonun baş müfəttişinə general Milinin davranışı ilə bağlı faktlar və şəraitlə bağlı araşdırma aparmaq tapşırılıb.

Araşdırma nəticəsində keçmiş generalın hərbi rütbəsinə uyğun olub-olmaması müəyyən ediləcək.

Qeyd edək ki, M.Milli ABŞ-də Trampı tənqid edənlərdən biridir. 

Nicat Osman 

tag: Pentaqon,Rəhbər,Təhlükəsizlik,Rütbə,Todaypress.az,