Pentaqon rəhbəri Baydenin ən çox böyük səhvini açıqladı
Dünya
04.01.2025 11:22
Pentaqon rəhbəri Lloyd Ostinin getməzdən əvvəl ən böyük peşmanlığı ABŞ prezidenti Cozef Baydenin dövründə ABŞ-nin müdafiə büdcəsini artıra bilməməsidir.
TodayPrsess xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti yazıb.
Qəzetdə Ostinin görüşlərdən birində səsləndirdiyi "Yaxşı, bilirsiniz ki, mənim ən çox təəssüf etdiyim şey administrasiyamızın müdafiə büdcəsini artıra bilməməsidir" fikrini sitat gətirilib.
Bildirilib ki, Ostinlə yanaşı ABŞ-nin bir sıra yüksək vəzifəli şəxsləri də Birləşmiş Ştatların müdafiə sahəsindəki inkişafı hələ də ləng getdiyini düşünür.
Günəş Mərd
tag: ABŞ ,Bayden, Pentaqon, Amerika, todaypress.az,