Pentaqon reaktiv ələ keçirən pilotsuz təyyarələr alacaq
Dünya
09.10.2024 20:54
ABŞ Müdafiə
Nazirliyi pilotsuz təyyarələrə qarşı sistemlərin alınması üçün Anduril Industries
şirkəti ilə müqavilə bağlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Bildirilib
ki, Pentaqon 500 ədəd “Roadrunner” şaquli uçuş və eniş aparatları və
təyyarələrdə quraşdırıla bilən “Pulsar” portativ elektron döyüş sistemləri
almağı qərarlaşdırıb.
Müqavilədə
vurğulanıb ki, mütəxəssislər ABŞ silahlı qüvvələrinin əhəmiyyətli təhlükələrlə
üzləşdiyi prioritet bölgələrdə xidmət göstərəcək.
SIlahların 2025-ci ilin sonuna qədər tədarükü başlayacaq.
Aynur
TAC
tag: Pulsar, ABŞ, Pentaqon, Uçuş, todaypress.az,