Pentaqon raketlər üçün milyardlar ayırdı
ABŞ aerokosmik və müdafiə sənayesi istehsalçısı "Raytheon Technologies"ə AMRAAM ortamənzilli hava raketinin istehsalı üçün 1,2 milyard dollar ayırıb.
TodayPress xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.
İstehsal olunan raketlər və müvafiq avadanlıqlar Ukrayna, Finlandiya, Bolqarıstan, Macarıstan, Almaniya, Yaponiya və Böyük Britaniyaya veriləcək.
Müqavilə üzrə işlərin 2028-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.
Günəş Mərd
tag: ABŞ, Müqavilə, AMRAAM, Raytheon Technologies ,Hava Raketi ,todaypress.az,