Pentaqon: “Pokrovskda gərgin döyüşlər gedir”
Dünya
10.09.2024 13:35
Rusiya qüvvələrinin müəyyən dərəcədə uğur əldə etdiyi Pokrovsk bölgəsində şiddətli döyüşlər davam edir.
TodayPress xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü general Patrik Rayder bildirib.
“Pokrovskda gərgin döyüşlər gedir. Rusiyanın hansı əraziləri tutduğu barədə konkret məlumatım yoxdur. Biz bilirik ki, onlar yaxın keçmişdə Pokrovsk istiqamətində hücumlarını davam etdirməklə müəyyən uğurlar əldə ediblər” deyə general bildirib.
Onun sözlərinə görə, rus qoşunları Pokrovsk istiqamətində irəliləməyə davam edir, Ukrayna qüvvələri isə var gücü ilə müqavimət göstərir.
Rayder qeyd edib ki, Rusiya bu şəhəri özünün əsas hədəfi adlandırıb.
Günəş Mərd
tag: Pentaqon, Rusiya ,Pokrovsk, Ukrayna, Rayder ,todaypress.az,