Pentaqon mətbuatı "təmizləməyə" başladı
Dünya
01.02.2025 18:45
ABŞ müdafiə nazirliyi “NBC”, “The New York Times” və “Politico” müxbirlərinin daimi ofislərini boşaldaraq Pentaqonun daxili mətbuat mərkəzində medianın rotasiyası proqramına başlayıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Departamenti Fevral ayının 2-i gecə öz daxili mətbuat korpusu üçün yeni "illik media rotasiyası proqramı" tətbiq etdiyini bildirib.
O cümlədən qeyd edilən xəbər təşkilatlarının Pentaqon ofisindən digər media orqanlarının xeyrinə çıxarıldığı açıqlanıb.
Korpusdan çıxarılan media agentlikləri onilliklər ərzində istifadə etdikləri ofislərdən Pentaqonun girişi qadağan etmək qərarından məyus olub.
Rotasiya ediləcək nəşrlərin ofisləri “One America News Network”, “New York Post”, “Breitbart News Network” və “HuffPost” tərəfindən tutulacaq.
Qeyd olunur ki, sadalanan media orqanlarından üçü mühafizəkardır, HuffPost isə “proqressiv fikirlərə meyl edir”.
Nicat Osman
tag: Pentaqon,ABŞ,Qəzet,Korpus,Media,Todaypress.az,