Pentaqon Kiyevə yeni hərbi yardımın təfərrüatlarını açıqladı
Dünya
24.08.2024 10:15
ABŞ
Müdafiə Nazirliyi Ukraynaya 125 milyon dollar dəyərində silah və hərbi texnikanın
yeni partiyasını elan edib.
TodayPress
xəbər verir ki, Kiyevə yeni hərbi yardım tranşının təfərrüatları Pentaqonun
saytında dərc olunub.
Ukrayna
dronlarla mübarizə üçün avadanlıq və sursatlar, “HIMARS” reaktiv yaylım atəş
sistemi üçün raketlər, 155 və 105 mm çaplı artilleriya mərmiləri alacaq.
Hesabatda
deyilir ki, yeni yardım paketinin elanı Ukraynanın 24 avqustda müstəqillik
gününü qeyd etməyə hazırlaşdığı bir vaxta təsadüf edir.
Günəş
Mərd
tag: ABŞ ,Müdafiə Nazirliyi,Ukrayna,Pentaqon,HIMARS,todaypress.az,