Pentaqon Kiyevə hərbi yardım paketi göndərəcək

Dünya

26.09.2024 15:24

Pentaqon Ukraynaya hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və hərbi sursatlardan ibarət yeni 2,4 milyard dollarlıq yardım paketi ayıracaq. 

TodayPress xəbər verir ki, bu barədə Ağ Evin yayımladığı bəyanatda deyilir.

“ABŞ Müdafiə Nazirliyi Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində 2,4 milyard dollar ayrıldığını elan edir. Bildirilir ki, yardım paketinə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və hava-yer tipli döyüş sursatları daxil olacaq” deyə sənəddə qeyd olunub. 

Qeyd edək ki, Ağ Ev bundan başqa, uzaqmənzilli zərbələr üçün "JSOW" bombalarını Ukraynaya ötürmək qərarına gəlib.

Töhfə Səməd

tag: Kiyev ,Pentaqon, Ağ Ev, Ukrayna, Yardım, todaypress.az,