Pentaqon hücuma hazırlaşır
Dünya
03.08.2024 09:59
ABŞ HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra bölgədə gərginliyin artması fonunda Yaxın Şərqdəki qüvvələrini potensial hücumlara hazırlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazır.
“Pentaqon İranın dəstəklədiyi qrupların Tehranın gözlənilən cavab tədbiri çərçivəsində bölgədəki ABŞ qoşunlarına zərbələr endirməsi ehtimalına hazırlaşır” nəşr qeyd edib.
Bildirilir ki, Pentaqonun artıq ondan çox döyüş gəmisini bölgəyə yerləşdirib. Eyni zamanda F-35 hücum təyyarəsi ilə təchiz edilmiş “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi hazırda Fars körfəzi yaxınlığındadır.
Günəş Mərd
tag: Pentaqon, ABŞ, Hücum, F-35, İran, todaypress.az,