Pentaqon hipersəs sınaqları üçün təyyarə alacaq

Dünya

15.01.2025 16:25

Pentaqon hipersəs sınaqları keçirmək üçün "Spirit of Mojave" təyyarəsini alacaq. 

TodayPress xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.

Hipersəs sistemlərinin sınaq buraxılışları üçün nəzərdə tutulmuş "Spirit of Mojave" “Boeing 747-400” təyyarəsi əsasında hazırlanıb. 

Pentaqon onun modifikasiyası üçün təxminən 25 milyon dollar ayırıb.   

Gücləndirilmiş "Spirit of Mojave"nin 2025-ci ilin dördüncü rübündə qəbul edilməsi planlaşdırılır ki, bu da onu “Boeing 747-400”ləri qəbul edə bilən istənilən aerodromda istifadə etməyə imkan verəcək.   

Günəş Mərd

tag: Pentaqon, Təyyarə, Hipersəs ,Milyon, todaypress.az,