Pentaqon: Hipersəs silahlarının hazırlanması sürətləndiriləcək
Dünya
17.07.2024 01:37
ABŞ hipersəs silahlarının
hazırlanmasını və sınaqlarını sürətləndirəcək.
TodayPres xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik
Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Milli müdafiə
strategiyasına uyğun olaraq Hipersəs silahları üzrə biz bir sıra proqramların
hazırlanmasını davam etdirəcəyik. Biz bu proqramların hazırlanması və sınaqdan
keçirilməsini sürətləndirməyə çalışacağıq" o deyib.
Rayder qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri və Ordusu bu yaxınlarda Sakit Okean üzərində hipersəs raketinin sınaqlarını başa çatdırıb.
tag: todaypress.az, ABŞ, Hipersəs, Silah, Pentaqon,