Pentaqon hipersəs nüvə raketini sınaqdan keçirəcək

Dünya

06.11.2024 12:40

1536

Pentaqon seçkilər başa çatdıqdan qısa müddət sonra “Minuteman III” nüvə hipersəs raketini sınaqdan keçirməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “DailyMail” yazıb.

ABŞ ordusunun məlumatına görə, sınaqlar bir neçə il əvvəl planlaşdırılan uzunmüddətli proqramın bir hissəsidir. Lakin seçki günü testin keçirilməsi beynəlxalq müşahidəçilərin əlavə diqqətini çəkib.

Pentaqon rəsmiləri hipersəs texnologiyasının inkişafının ABŞ-nin strateji üstünlüyünü qorumaq üçün vacib olduğunu deyirlər. 

Qeyd edək ki, sınaqdan keçiriləcək hipersəs raketi son dərəcə yüksək sürətə malikdir və bu, onun qarşısını almaqda çətinlik yaradır. 

Günəş Mərd

tag: Pentaqon, Seçki, ABŞ, Sınaq, todaypress.az,