Pentaqon “F-35”i geri çağırdı
Dünya
01.02.2025 09:17
ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsinin qəzaya uğraması nəticəsində Alyaskada baş vermiş son insidentdən sonra Pentaqon “F-35” döyüş təyyarələrini “Aero India 2025” sərgisindən geri çəkməyə qərar verib.
TodayPress xəbər verirki bu barədə “Kommersant” məlumat yayıb.
“F-35” və “F-16” qırıcılarının nümayiş uçuşlarının ləğv edilməsinin səbəbi göstərilməyib.
Təyyarələr yalnız sərginin stend bölməsində təqdim olunacaq.
Amerika qırıcılarının “Aero İndia 2025” sərgisində uçuşlarının ləğvi bu təyyarələri istehsal edən “Lockheed Martin” şirkəti tərəfindən də təsdiqlənib.
Beləliklə, sərgidə nümayiş uçuşlarında yalnız Rusiyanın beşinci nəsil “Su-57E” qırıcıları (ixrac modifikasiyası) iştirak edəcək.
Uçuşların uğurlu alınacağı təqdirdə Rusiyanın Hindistan Hərbi Hava Qüvvələri ilə yeni gəlirli müqavilə bağlamaq şansı arta bilər.
Nicat Osman
tag: ABŞ,Pentaqon,Rusiya,F-16,Uçuş,Todaypress.az,