Pentaqon “B61” nüvə bombalarının son partiyasını aldı
Dünya
08.01.2025 17:30
ABŞ Müdafiə Nazirliyi “B61-12” versiyasında dəyişdirilmiş “B61” nüvə bombalarının son partiyasını qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) məlumat yayıb.
Agentliyin məlumatına görə, “B61” nüvə bombalarının 3, 4, 7 və 10-cu variantlarını əvəz edən “B61-12” aviabombaları onlarla müqayisədə
daha yüksək dəqiqliyə malikdir.
Qeyd olunub ki, “B61-12” bombasının istehsalı tamamlandıqdan sonra “NNSA B61-13’ bombasının istehsalına başlanılacaq.
Günəş Mərd
tag: B61 ,Nüvə, Raket, Partiya, todaypress.az,