Pentaqon Ayda su axtarışında maraqlıdır

Dünya

25.04.2025 13:40

3

ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri İdarəsi (DARPA) Ayın ətrafında su buzu axtarışı məqsədilə kiçik ölçülü orbital peyk yaratmaq üçün sənaye şirkətlərinə müraciət edib.

TodayPress xəbər verir ki, bu təşəbbüs “Lunar Assay via Small Satellite Orbiter” (LASSO) proqramı çərçivəsində həyata keçirilir və əsasən iki texnologiyanın sınaqdan keçirilməsini hədəfləyir.

Birinci məqsəd, Ayın səthindən 10 kilometr hündürlükdə fəaliyyət göstərə biləcək naviqasiya və hərəkət sistemlərinin sınaqdan keçirilməsidir. Bu hündürlükdə cazibə qüvvəsinin dəyişkənliyi səbəbindən sabit orbitdə qalmaq texniki baxımdan çətin sayılır.

İkinci məqsəd isə dörd il ərzində Ay səthinin dəqiq xəritəsini hazırlamaqdır. Xəritədə səthə yaxın təbəqələrdə su buzu konsentrasiyası 5 faizdən az olmayan regionlar dəqiq şəkildə qeyd ediləcək.

Mütəxəssislər bildirirlər ki, bu peyk layihəsi gələcək Ay missiyaları üçün mühüm strateji baza rolunu oynaya bilər və Ayda su ehtiyatlarının yerini müəyyənləşdirmək baxımından ciddi irəliləyiş ola bilər.

Qiymət Mahir

tag: Penqaton,ABŞ,Ay,Su,todaypress.az,