Pentaqon: ABŞ Yəməndə "quru müharibəsi" aparmır
Birləşmiş Ştatların Yəməndə "quru müharibələri" aparmaq və ya ərəb ölkəsində rejim dəyişikliyi ilə məşğul olmaq niyyəti yoxdur.
TodayPress xəbər verir ki, bu barədə Amerikanın müdafiə naziri Pit Heqset məlumat verib.
"Hazırda atılan addımlar nə dövlət quruculuğu, nə quru qoşunlarının iştirakı ilə aparılan müharibələr, nə də rejim dəyişikliyi məqsədi daşıyır. Söhbət nə sonsuz müharibələrdən, nə də rejim dəyişikliyindən gedir” deyə o, Pensilvaniya ştatının Karlayl şəhərindəki ABŞ Ordu Kollecində kursantlar qarşısında çıxışı zamanı deyib.
Töhfə Səməd
tag: Pentaqon,ABŞ ,Yəmən,Müharibə,todaypress.az,