Pentaqon 742 milyon dollarlıq müqavilə imzaladı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Lockheed Martin” şirkəti ilə HIMARS (Yüksək Mobillikli Artilleriya Raket Sistemi) çoxlu buraxılış raket sistemlərinin istehsalı üçün 742,1 milyon dollar dəyərində müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə Pentaqonun yaydığı rəsmi məlumatda bildirilir.
Qeyd edək ki, bu, ABŞ Müdafiə Nazirliyinin HIMARS sistemlərinin istehsalı ilə bağlı “Lockheed Martin” şirkəti ilə imzaladığı ilk belə müqavilə deyil.
2024-cü ilin iyun ayında nazirlik eyni məqsədlə şirkətlə daha böyük – 1,9 milyard dollar dəyərində müqavilə imzalamışdı.
HIMARS sistemləri yüksək dəqiqliyə və hərəkətlilik qabiliyyətinə malikdir. Bu raket sistemləri son illərdə, xüsusilə də Ukraynadakı münaqişə fonunda Qərb ölkələrinin ordularında geniş istifadə olunur.
Nicat Osman
tag: Pentaqon,ABŞ,HİMARS,Raket,todaypress.az,