Pentaqon 325 milyon dollarlıq müqavilə imzaladı
ABŞ Müdafiə Nazirliyi Texasın "TechTrans International" şirkəti ilə 325 milyon dollarlıq müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd olunub ki, sövdələşmənin məqsədi kütləvi qırğın silahları təhlükəsini azaltmaq üçün beynəlxalq tərəfdaşlıq proqramı çərçivəsində xidmətlər göstərməkdir.
İşlərin dünyanın müxtəlif yerlərində aparılacağı bildirilir.
Xatırladaq ki, dekabrın əvvəlində Rusiya Şimali Atlantika Alyansının Cənub-Şərqi Asiya regionuna genişlənməsinə qarşı çıxdığını bəyan etmişdi.
Günəş Mərd
tag: ABŞ ,Şirkət ,Silah ,Xidmət ,todaypress.az,