Pendir fabrikində qəza: 20 nəfər xəstəxanaya yerləşdirildi

Dünya

01.01.2025 09:32

ABŞ-nin Nyu-Meksiko ştatında pendir fabrikində nasaz avadanlıq ucbatından azı 20 nəfər zəhərli tüstüdən halı pisləşərək xəstəxanaya yerləşdirilib.

TodayPress xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hadisə bazar ertəsi səhər saatlarında baş verib. Xəstəxanaya yerləşdirilən iki nəfərin vəziyyəti ağırdır.

Qəza işləri qısa müddətdə başa çatdırılıb və həmin gün zavod fəaliyyətini bərpa edib.

tag: ABŞ,Nyu-Meksiko ,Zəhər,Tüstü,Qəza,todaypress.az,