Pəncabda bütün sosial media qadağan ediləcək

Dünya

08.07.2024 23:15

Pakistanın ən böyük əyaləti Pəncab gələn həftədən etibarən dini yürüşlər zamanı təhlükəsizlik baxımından bütün sosial media platformalarını altı gün müddətinə qadağan etməyi planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Pəncab əyalətinin Məryəm Nəvaz hökuməti cümə axşamı günü “məzhəblərarası zorakılığın qarşısını almaq və nifrət materialına, dezinformasiyaya nəzarət etmək” üçün iyulun 13-dən 18-dək “YouTube”, “WhatsApp”, “Facebook”, “Instagram” və “TikTok” da daxil olmaqla bütün sosial medianın qadağan edilməsini tövsiyə edib.

İnformasiya naziri Uzma Buxari cümə günü “Reuters” agentliyinə bildirdi ki, "Bu, tövsiyədir və hələlik heç bir qərar qəbul edilməyib.”

Qadağanın həyata keçirilməsi ilə bağlı qərar Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi federal hökumət tərəfindən veriləcək.

120 milyondan çox insanın yaşadığı əyalətdə təklif edilən qadağa Məhərrəm ayında keçiriləcək Aşura yürüşləri, yəni şiə müsəlmanları tərəfindən müşahidə edilən 10 günlük matəmlə əlaqədardır.

Nəzrin Cavadzadə

tag: Pakistan, Pəncab, Aşura, Məryəm Nəvaz, todaypress.az,