Pelenin anasının 101 illik həyat hekayəsi bitdi
Dünya
22.06.2024 19:06
Futbol üzrə üçqat dünya çempionu, braziliyalı hücumçu Pelenin anası Selest Arantis 101 yaşında dünyasını dəyişib.
TodayPress xəbər verir ki, bir həftədən çox xəstəxanada müalicə alan Arantis Santosda vəfat edib.
Futbol kralı Pelenin karyerasının böyük hissəsini keçirdiyi Braziliyanın “Santos” futbol klubu onun ölümü ilə bağlı rəsmi açıqlama yayıb.
“Ailəsi üçün həyatda sonsuz çətinliklərlə üzləşən qaradərili qadının 101 illik ruhlandırıcı həyat hekayəsi. Rahat yat, Kraliça. Santos əhalisinin hərarəti, heyranlığı və minnətdarlığı əbədidir” klubun bəyanatında bildirilib.
Xatırladaq ki, Pele 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib. O, 3 dəfə (1958, 1962, 1970) Dünya Kubokunu qazanan yeganə futbolçudur. Pele dəfələrlə 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb və 100 illiyin müxtəlif simvolik komandalarına daxil edilib.
Namiq HUN
tag: Pele,"Santos" klubu, Kraliça, Dünya kuboku, todaypress.az,