Pələng 50 yaşlı qadını parçaladı
Dünya
08.11.2024 09:54
Hindistanda pələng həmkəndliləri ilə meşəyə girən 50 yaşlı qadına hücum edib.
TodayPress xəbər verir ki, bu barədə “The Times of India” yazıb.
Qəzetin məlumatına görə, faciə Uttarxand ştatının Nainital rayonunda baş verib.
Dostları Kauşalya Devini adlı qadına kömək etməyə çalışsalar da, nəticəsiz qalıb.
Axtarış zamanı qadın bədəninin qalıqları aşkar edilib. Daha sonra ekspertiza onların Deviyə aid olduğunu təsdiqləyib.
Rəsmilər meşədə təhlükəsizlik tədbirlərininin gücləndirildiyini bildiriblər.
Günəş Mərd
tag: Pələng, Hindistan, Qadın, Devi, Nainital, todaypress.az,