Pekin Sallivanın Vaşinqton səfərində ciddi tələblər irəli sürəcək
Dünya
25.08.2024 11:50
Pekin, Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın ölkəyə səfəri zamanı Tayvan məsələsi ilə bağlı Vaşinqtona narahatlığını bildirməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
"Çin Xalq Respublikası Tayvan məsələsi, inkişaf hüquqları və ölkənin strateji təhlükəsizliyi ilə bağlı ciddi narahatlığını ifadə edəcək, öz qəti mövqeyini ortaya qoyacaq və ciddi tələblər irəli sürəcək" deyə məlumatda bildirib.
Qeyd olunub ki, Tayvan məsələsi Pekin və Vaşinqton arasında ikitərəfli münasibətlərdə keçilə bilməyən “qırmızı xətt”dir və adanın müstəqillik qazanması regionda sabitlik və sülh üçün böyük təhlükə ola bilər.
Günəş Mərd
tag: Çin ,ABŞ,nümayəndə,səfər,Tayvan,