Pekin Rusiya-ABŞ təmaslarından narahatdır

Dünya

12.05.2025 17:50

8

Rusiya və ABŞ arasında keçirilən son təmaslar Çin rəhbərliyində narahatlıq yaradıb.   

TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri diplomatik mənbəyə istinadla məlumat yayıb.   

Qəzet yazır ki, Çin rəsmiləri xüsusilə fevral ayında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığının detalları ilə maraqlanıblar.   

Çin-Rusiya xarici siyasəti üzrə mütəxəssis Sergey Radçenko bildirib ki, Pekin sülh danışıqlarından kənarda qalmasından narazıdır.   

Onun sözlərinə görə, bu vəziyyət Çinin beynəlxalq arenadakı təsir imkanlarının hüdudlarını açıq şəkildə göstərir.   

“Bu, ABŞ-ni müharibə və sülh məsələlərində əsas vasitəçi kimi göstərir və Pekin Moskva ilə Vaşinqtonun yaxınlaşmasından öz maraqları baxımından narahatlıq keçirir” deyə Radçenko vurğulayıb.   

Aysel Mətləb

tag: Çin,Rusiya,ABŞ,Görüş,Todaypress.az,