“Pekin Nəsrullahın ölümünə görə münaqişənin böyüməsindən narahatdır”

Dünya

29.09.2024 12:01

“Pekin “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldürülməsi ilə əlaqədar Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən narahatdır”. 

TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında qeyd olunub.   

“Çin müvafiq insidentlərə diqqətlə yanaşır və regional gərginliyin artmasından dərin narahatdır. Çin Livanın suverenliyi və təhlükəsizliyinin pozulmasına qarşıdır, günahsız mülki şəxslərə zərər vuran bütün hərəkətlərə, eləcə də münaqişələri qızışdıran və regional gərginliyi artıran addımlara qarşı çıxır və pisləyir” məlumatda bildirilib. 

Çin tərəfinin fikrincə, Livan və İsrail arasında baş verənlər Qəzzadakı hadisələrin yan təsiridir. 

Qeyd edək ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələri (IDF)  İsrail hərbçilərinin Beyruta raket hücumu nəticəsində Livanın “Hizbullah” lideri Həsən Nəsrullahın zərərsizləşdirildiyini bəyan ediblər. “Hizbullah” nümayəndələri bu məlumatı təsdiqləyiblər.

Günəş Mərd 

tag: Çin ,İsrail,Hizbullah,Nəsrullah,Todaypress.az,