Paytaxt Kiyevə raket hücumu: ölən və yaralananlar var
Dünya
20.12.2024 13:17
Kiyevə Rusiya Silahlı Qüvvələrinin (SQ) raket hücumu nəticəsində bir nəfər ölüb, doqquz nəfər yaralanıb.
TodayPress Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.
"Hazırda bir nəfərin həlak olduğu, doqquz nəfərin yaralandığı məlumdur. Onlardan dördü xəstəxanaya yerləşdirilib. Qəlpələr Kiyevin dörd rayonunda - Qoloseyevski, Solomenski, Şevçenkovski və Dneprovski rayonlarında aşkar edilib" o, bildirib.
V.Kliçko həmçinin qeyd edib ki, şəhərin Qoloseyevski rayonunda 630 yaşayış evi, 16 müalicə müəssisəsi, 17 məktəb və 13 uşaq bağçası istilik təchizatından məhrum olub.
tag: Kiyev, Vitali, Şəhər, Hücum ,todaypress.az,