Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxılıb
Dünya
28.08.2024 23:56
Fransada istintaq hakimi “Telegram” sosial
şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə
nəzarəti altında sərbəst buraxıb.
TodayPress xəbər verir ki, bu barədə AFP nəşri Paris
prokurorluğu məlumat yayıb.
O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis
idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.
Eyni zamanda ona Fransa ərazisini tərk etmək qadağan
edilib.
tag: Telegram, Sosial Şəbəkə, Fransa,Pavel Durov ,todaypress.az,