Paşinyanla Lukaşenko arasında mübahisə oldu
Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi İttifaqının Minskdəki sammitinə qatılmayacaq.
TodayPress “TASS”a istinadən məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın toplantısında bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub:
“Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.
Qeyd edək ki, sözügedən sammit dekabrın 29-da keçiriləcək.
tag: Ermənistan, Paşinyan, Lukaşenka,Sammit ,todaypress.az,