Paşinyandan Aİ-yə üzvlüklə bağlı AÇIQLAMA
Dünya
01.07.2024 12:37
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Avropa İttifaqına daxil olmaq üçün referendumun keçirilməsini məqsədəuyğun hesab etmir.
TodayPress TASS-a istinadən xəbər verir ki, o, bu barədə Ermənistan Demokratik Forumunun iclasında qeyd edib.
“Bizə deyirlər ki, Ermənistan xalqının Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Bunu məqsədəuyğun hesab etmirəm, amma Ermənistan xalqının Avropa istəklərini də inkar etmək olmaz” deyə Paşinyan qeyd edib.
Günəş Mərd
tag: Ermənistan, Nikol Paşinyan, Avropa İttifaqı, Dünya, todaypress.az,