Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
TodayPress xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
İclasda Şura üzvü olmayan prezident Vaaqn Xaçaturyan da iştirak edib. Görüş zamanı ölkənin təhlükəsizliyi və xarici siyasəti ilə bağlı məsələlər müzakirə olunub.
Təhlükəsizlik Şurasına baş nazirin müavinləri, Xarici İşlər Naziri və təhlükəsizlik orqanlarının rəhbərləri daxildir. İclasın detalları açıqlanmasa da, regional və beynəlxalq təhlükəsizlik məsələlərinin gündəmdə olduğu ehtimal olunur.
Türkan İsgəndərli
tag: Ermənistan,Paşinyan,Təhlükəsizlik Şurası,Vaaqn Xaçaturyan,todaypress.az,