Paşinyan nazirlərin istefasına münasibət bildirdi
Dünya
18.11.2024 11:52
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin bir neçə nazirinin istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə "Teleqram" kanalında yazıb.
“Mən bəzi yüksək rütbəli məmurlardan vəzifələrindən getmələrini xahiş etdim” deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, bunun səbəbləri şəxsi deyil, sistem xarakterlidir.
O bildirilib ki, istefa ərizəsi verənlər arasında daxili işlər naziri Vahe Qazaryan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin rəhbəri Qnel Sanosyan, İstintaq Komitəsinin rəhbəri Arqişti Karamyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan da var.
Günəş Mərd
tag: Ermənistan, Paşinyan, Baş Nazir, İstefa, Məmurlar, todaypress.az,